Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycana turist axınının azalmasının səbəbi...

Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib.

Axar.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisələr Azərbaycanın turizm sektoruna da təsirsiz ötüşməyib:

"Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib. Bu, bir daha sübut edir ki, turizm siyasi proseslərdən ən tez təsirlənən sahələrdən biridir. Bu cür hallarda təsirləri minimuma endirmək üçün çevik qərarların qəbul edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

R.Əliyev əlavə edib ki, Agentlik yaranmış vəziyyətə operativ reaksiya verərək marketinq fəaliyyətini alternativ bazarlara yönəldib və bunun nəticəsində turizm sektorunda gözlənilən daha böyük itkilərin qarşısını qismən almaq mümkün olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,2 %-i Rusiya, 22 %-i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.16

2026.07.15

2026.07.14

2026.07.13

2026.07.12

2026.07.11

2026.07.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az