Bu gün, 14 iyulda, Tovuz rayonunda növbəti erməni təxribatının qarşısını alarkən cəbhə xəttində döyüşdə Azərbaycan Ordusunun iki yüksək rütbəli zabitinin - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzoyevin şəhidlik zirvəsinə ucalmasından altı il ötür.
Azerbaycanpolisi.az xəbər verir ki, düz altı il əvvəl Ermənistan silahlı qüvvələri atəşkəsi kobudcasına pozaraq mövqelərimizi ələ keçirmək məqsədi ilə Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədinə hücum etməyə cəhd göstərmişdi.
Bir neçə gün davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli dərs verdilər.
Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində ağır itkilər verən düşmən geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu 100-ə qədər düşmən canlı qüvvəsini, çoxlu sayda hərbi texnikanı və mühüm düşmən obyektlərini məhv etdi.
Azərbaycan Ordusunun on iki hərbçisi — general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzoyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq xidmət sıravisi Elçin Mustafazadə, müddətdən artıq xidmət çavuşu Vüqar Sadıqov, müddətdən artıq xidmət sıravisi Nazim İsmayılov, baş gizir Elşad Məmmədov və gizir Xəyyam Daşdəmirov — vətənlərini müdafiə edərək şəhid oldular. Döyüşlər zamanı bir neçə hərbçi yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdikləri şücaətə görə general-mayor Həşimov Polad İsrail oğlu və polkovnik Mirzoyev İlqar Anzor oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




























.jpg)

.jpg)























