"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.
Valyuta.az xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadzenin adı hallandırılır. Qurum 2021-ci il avqustun 16-da dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.
"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan “Turbo.az”, “Tap.az”, “Boss.az” və “Bina.az”ın operatorudur.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






