Solçu radikal qrup Kommando Angry Birds hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Radikal solçu təşkilat verdiyi açıqlamada iki kabel şaxtasına yandırıcı qurğuların yerləşdirilməsi barədə ətraflı məlumat verib.
Almaniyada Düsseldorf və Köln arasında dəmir yolunda iki yanğın baş verib, siqnal kabellərinə zərər verib və qatar xidmətində fasilələrə səbəb olub. Tagesschau-nun məlumatına görə, solçu radikal qrup Kommando Angry Birds hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
"İnternetdə Kommando Angry Birds qrupunu günahlandıran bir açıqlama yayılıb. Onlar Leverkuzenin şimalındakı dəmir yolu xəttindəki təxribatın arxasında olduqlarını iddia edirlər", - deyə nəşr bildirib.
Deutsche Bahn-ın məlumatına görə, yanğınlardan biri Vupper çayı üzərindəki dəmir yolu körpüsünün yaxınlığında, ikincisi isə Langenfelddə baş verib.
Radikal solçu qrup öz bəyanatında iki kabel şaxtasına yandırıcı qurğuların yerləşdirilməsi barədə ətraflı məlumat verib və "tərəqqinin yaratdığı kütləvi məhv" səbəbindən "texnoloji-sənaye sisteminin tamamilə məhv edilməsini" hədəflədiklərini bildirib.
Köln polisi hadisəni araşdırır.
Kommando Angry Birds qrupu əvvəllər dəmir yolu infrastrukturuna edilən hücumlarda iştirak etdiyini iddia edib.
Əziz Mustafa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






