Ryanair aviaşirkətinin reysində bir kişi təyyarənin sınmış illüminatorundan yarıbayarı çölə sovrulub. Hadisə iyulun 10-u, cümə günü səhər saatlarında baş verib. Təyyarə Yunanıstanın Saloniki şəhərindən Almaniyanın Memmingen şəhərinə uçurdu. Azərbaycanpolisi.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT News" nəşri məlumat yayıb.
Havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərrikdən qopan bir detal illüminatora dəyərək şüşəni sındırıb. Nəticədə, yanında oturan kişi hava axını ilə çölə doğru sovrulmağa başlayıb.
"The Guardian" qəzetinin dəqiqləşdirdiyinə görə, zərərçəkən 61 yaşlı Serbiya vətəndaşıdır. Onun həyatını yanında oturan həyat yoldaşının ayaqlarından tutaraq saxlaması xilas edib. Zərərçəkən şok vəziyyətində və buz kimi soyuq hava axınından aldığı yanıqlarla xəstəxanaya çatdırılıb.
Hadisədən dərhal sonra pilot təyyarəni Saloniki hava limanına geri qaytarıb. Başqa xəsarət alan olmayıb.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















