Rusiya inanmadı, panikaya düşdü, Azərbaycanı suçladı - VİDEO

Rusiya inanmadı, panikaya düşdü, Azərbaycanı suçladı - VİDEO

Ukrayna ordusunun Omskda neft emalı zavoduna zərbə endirməsi Rusiyada növbəti panikaya və həyəcana səbəb olub.

"Bakupost" xəbər verir ki, Omsk NEZ-nin Ukrayna sərhədindən 2500 km uzaqlıqda yerləşməsinə görə Rusiya buna inanmaq istəmir.

Rusiyalı ekspertlər, hərbi müxbirlər Ukraynanın bu qədər uzağa uçmağı bacaran və Rusiya HHM sistemlərindən yayınmaq keyfiyyətinə malik dronlara sahib olmasını qəbul etməkdə çətinlik çəkirlər.

Düşmənini zəif görən, 2022-ci ilin fevralında “3 günə Kiyevi alacağıq” deyən və 5 ildir Ukrayna ilə bacarmayan Rusiya son aylarda Ukrayna ordusunun strateji zərbələrini - Rusiyada NEZ-ləri hədəf almasını və yanacaq çatışmazlığına səbəb olmasını “anlaya” bilmirlər.

Buna görə də istənilən yalan təbliğata əl atmağa çalışırlar. Bunlardan biri Ukraynanın sərhəddən deyil, guya Qazaxıstan ərazisindən hücum etməsidir.

Qəribədir ki, bu iddialar sırasında Azərbaycanın da adını çəkən tapılıb.

Hərbi müxbir Tomofey Yermakov özünün “Sinyaya Z boroda” Teleqram kanalında Ukrayna PUA-sının Xəzərdən keçə biləcəyini və Azərbaycandan uçmasının mümkünlüyünü iddia edib. Onun fikrincə, Rusiya SOCAR-ın Ukraynadakı YDM-lərinə zərbə endirir və azərbaycanlılar da bu cür qisas ala bilərlər.

Heç bir fakta əsaslanmayan bu cür gülünc iddiaların səslənməsi Rusiyanın Ukrayna dronları qarşısında acizliyini ört-basdır etməyə cəhddən başqa bir şey deyil. Çünki dronların hardan havalandığı və hansı ərazilərdən keçdiyini müəyyən etmək hazırda çətin deyil. Xüsusilə Rusiya kimi bir ölkənin peykləri bu marşrutları qeydə almağa qadirdir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.09

2026.07.08

2026.07.07

2026.07.06

2026.07.05

2026.07.04

2026.07.03

2026.07.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az