ABŞ prezidenti Donald Tramp, güclü yağış yağmasına baxmayaraq, ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyini qeyd etmək üçün Vaşinqtonda planlaşdırılan çıxışını ləğv etməyəcəyini bildirib.
Tramp Truth Social-da yazıb ki, güclü yağışa baxmayraq "nə olursa olsun" çıxışını etmək niyyətindədir. Onun çıxışının iyulun 5-də səhər başlaması gözlənilir.
Həmin günün əvvəlində, ildırım səbəbindən ABŞ hakimiyyəti minlərlə insana bayramların keçirildiyi Vaşinqton Bulvarını tərk etməyi və bir neçə hökumət binasında və muzeydə sığınmağı əmr edib. Təşkilatçılar aydınlaşdırıblar ki, Tramp artıq bulvarın yenidən açılmasını əmr edib.
1776-cı ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi ABŞ-ın Britaniya İmperiyasından azad olduğunu elan etdi. Bəyannamə Konqres tərəfindən 2 iyul 1776-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində qəbul edildi. İki gün sonra Konqres sənədin yenidən işlənmiş versiyasını təsdiqlədi və onun çapını və ictimaiyyətə paylanmasını əmr etdi, buna görə də 4 iyul Amerika Birləşmiş Ştatlarının doğum günü hesab olunur.
Əziz Mustafa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






