Oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı

Oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı

Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb.

Oxu.az -ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb.

İşdən çıxarıldıqdan sonra başqa yerdə işləməyə başlayan Oruc Vəliyev keçmiş müdirindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında mağazaya gələrək kassadan 520 manatlıq qəpik pul, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.

Daha sonra obyektdə satış üçün saxlanılan benzini mağazanın elektrik sayğacının üzərinə tökərək alışdırıb. Nəticədə mağaza içərisindəki avtomobil ehtiyat hissələri ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının Oruc Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Oruc Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.03

2026.07.02

2026.07.01

2026.06.30

2026.06.29

2026.06.28

2026.06.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az