1 iyul tarixindən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatıb və bu, kişilərin pensiya yaşına bərabərdir.
Azerbaycanpolisi.az-ın məlumatına görə, kişilərin pensiya yaşı 30 iyun 2021-ci il tarixində 65 olaraq müəyyən edilib.
Kişilərin pensiya yaşı həddi 1 iyul 2017-ci ildən 1 iyul 2021-ci ilə, qadınlar üçün isə 1 iyul 2017-ci ildən 1 iyul 2027-ci ilə qədər hər il altı ay artırılıb.
"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Azərbaycanda minimum pensiya 320 manatdır. Yaşlılıq əmək pensiyaları ömürlük verilir.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






