İran qanunvericiləri, İranın Ali Lideri Möctəba Xameneiyə qitələrarası ballistik raketlərin (QBR) hazırlanmasına razılıq verməsi üçün müraciət ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciətə 85 deputat imza atıb. Onlar Vaşinqtonun Tehranla münaqişənin dinc yolla həlli danışıqlarında tutduğu mövqe ilə bağlı şübhələrini ifadə ediblər.
İsrailin "The Jerusalem Post" qəzetinin qeyd etdiyi kimi, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bu məktubu Birləşmiş Ştatlara çata biləcək raketlərin yaradılması çağırışı kimi yozublar. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror nəşrə bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində yaranan hər hansı bir əlverişli iqtisadi şərait Tehrana belə bir inkişaf üçün lazım olan resursları təmin edə bilər.
Məktubu, o cümlədən ABŞ ilə danışıqlara qarşı çıxan İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki kimi bir sıra İranın sərt xətt tərəfdarları da imzalayıb.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə





.jpg)










.jpg)
















.jpg)



















.jpg)