Daxılı Işlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta profillər yaradaraq, vətəndaşlara "aşağı faizli", "sürətli" və "zaminsiz kredit" təklif ediblər.
Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































