Rusiya hökuməti, "Sağlamlığı Qoruyan Yeni Texnologiyalar" milli layihəsinin bir hissəsi olaraq orqan bioprinti, mini donuzların (mini pig) iştirak etdiyi ksenotransplantasiya və gen terapiyası da daxil olmaqla, yaşlanma əleyhinə 26 milyard dollarlıq proqramı maliyyələşdirir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Aprel ayında elm nazirinin müavini Denis Sekirinski hazırlanan gen terapiyası dərmanını qocalma ilə mübarizədə ən perspektivli sahələrdən biri adlandırıb.
“Proqrama Putinin iki yaxın adamı nəzarət edir: qızı, dövlət genetik layihələrindən məsul endokrinoloq Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri, prezidentin dostu bankir Yuri Kovalçukun qardaşı fizik Mixail Kovalçuk. Kovalçuk Kremlin uzunömürlülük proqramının arxasında duran şəxsə çevrilib. Onun sözlərinə görə, elm tezliklə insanın bədən hissələrinin sonsuz təmirinə və dəyişdirilməsinə imkan verəcək”, - nəşr bildirib.
Məlumata görə, rus alimlər siçan qığırdaqlarının və tiroid toxumasının bioprintində uğur qazandıqlarını bildirirlər və 2030-cu ilə qədər bunun insanlarda orqanları əvəz edə biləcəyinə ümid edirlər:
“Lakin müstəqil ekspertlər buna şübhə ilə yanaşırlar. Rusiyada bioprintin qabaqcıllarından biri olan və Ukraynaya hərbi təcavüzdən sonra mühacirət edən bioloq Aleksandr Ostrovski deyir ki, beynəlxalq jurnallarda heç bir nəşr yoxdur, yəni real nəticələr yoxdur. O, iddia edir ki, alimlər maliyyə vəsaiti əldə etmək üçün Putinə eşitmək istədiklərini deyirlər".
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















