"Rusiya Federasiyasının Konstansadakı Baş Konsulu persona non qrata elan edilib. Konsulluğun özü bağlanacaq", - Rumıniya Prezidenti Nikusor Dan cümə günü elan edib. Oxuməni.az xəbər verir ki, onun sözləri Rumıniya mediası tərəfindən sitat gətirilib. Bu şəhərdəki Baş Konsulluq paytaxt Buxarestdən sonra Rusiyanın Rumıniyadakı ikinci diplomatik missiyası idi.
Dan bu qərarları mayın 28-dən 29-a keçən gecə Qalats şəhərinin şərqindəki yaşayış binasına düşən dron hadisəsindən sonra verib. Rusiya səfiri həmin günortadan sonra Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Prezidentin qərarlarına səbəb olan görüşün təfərrüatları açıqlanmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qərarların qəbul edilməsindən dərhal sonra bildirib ki, Moskva Rumıniya prezidentinin qərarlarına cavab olaraq cavab tədbirləri görəcək. Rusiya jurnalistlərinə Kremlin cavabının "uzun müddət gözləməyəcəyinə" söz verib.
Xatırladaq ki, 29 may gecəsi Rumıniyanın Qalats şəhərindəki bir mənzil binasının damına dron düşüb və nəticədə 10-cu mərtəbədəki mənzildə yanğın baş verib. Rumıniya Müdafiə Nazirliyi dronun Rusiyaya məxsus olduğunu müəyyən edib. Buxarest həmçinin NATO-dan hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini tələb edərək, hadisəni beynəlxalq hüququn pozulması adlandırıb.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















