Dünən İrəvanın Respublika Meydanında Respublika Gününə həsr olunmuş hərbi parad keçirilib.
Hərbi paradda yerli və xarici istehsal olan hərbi texnika nümayiş etdirilib.
Meydandan ilk olaraq "Volk" robot sistemi, hava hədəflərini aşkarlamaq və təyyarələrin peyk qəbuledicilərini yatırmaq üçün nəzərdə tutulmuş “Tuman” (Duman) radar sistemi, Fransanın “Bastion” və Hindistanın “Tata” zirehli maşınları, piyadaların RBOA raket buraxıcısı, TOS-1A ağır artilleriya sistemləri, "Skorpion” və Tor-M2KM zenit-raket sistemləri, eləcə də 25 km məsafədə eyni vaxtda 16 hava hədəfini vurmaq qabiliyyətinə malik “Lusan” zenit-raket sistemi və "Shchit-200" radar sistemi keçib.
Bundan əlavə, paradda "Kornet" və "Nizak" tank əleyhinə raket sistemləri, yerli istehsal olan 82 mm-lik "Hrazdan" və 120 mm-lik "Sevan" minaatanları, 122 mm-lik "Atlant" çoxməqsədli raket sistemi, 122 mm-lik "D-30" haubitsaları, "Tork" haubitsaları, 155 mm-lik "Tir" raket sistemləri, "Mher" özüyeriyən artilleriya qurğusu, 155 mm-lik "Aramazd" özüyeriyən artilleriya qurğusu, "Shant" çoxməqsədli raket sistemi və "Paylatsu" radar sistemi nümayiş etdirilib.
Dronlar da nümayiş etdirilib. Xüsusilə, "Molniya" (“İldırım”) zərbə dronu, yerli istehsal olan PUA-lar - "AW-5A" kəşfiyyat PUA-sı, "Pçela-5" (Bee-5) zərbə PUA-sı, "SPM-1" kəşfiyyat PUA-sı, "Dev-1-1" kəşfiyyat zərbə PUA-sı, "Vorot-1" antiradar sistemi, "Fırtına" kəşfiyyat PUA-sı, "BIP-10" kəşfiyyat PUA-sı, "UL-450" kəşfiyyat PUA-sı, "Dev-4", "Dev-K", "Vorot-2" hücum PUA-ları, eləcə də təyyarə tipli "Luk" (Agheg) PUA-sı Respublika Meydanından keçib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































