Ukraynanın Dnepropetrovsk vilayətinin Piatixatki şəhərinin azərbaycanlı meri, 61 yaşlı Hilal İsayev bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.
Qaynarinfo xəbər verir ki, viayət polisi ötən gün 10:40 radələrində naməlum şəxsin məmura hücum edərək, ona bıçaqla xəsarət yetirdiyini bildirib.
Hilal İsayevi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, o, döş qəfəsindən yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissəsi üzrə - qəsdən adam öldürməyə cəhd faktı ilə cinayət işi açıblar.
"Suspilne Dnipro” nəşrinin Batkivşina Partiyasının vilayət təşkilatının informasiya-analitik şöbəsinin rəhbəri Vladimir Fedorova istinadən yaydığı məlumata görə, hücum edən şəxs İsayevin qəbul otağına gəlib. Tərəflər arasında mübahisə yaranıb və bundan sonra o, merə bıçaqla zərbə endirib.
"Bu şəxs vilayət şurasının deputatı olub. O, bizim ən aktiv fəallarımızdan biridir. Şəhər üçün çox iş görüb və ümid edirəm ki, bundan sonra da belə olacaq. Hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatım yoxdur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hücum edən isə tanınmış fermerdir. Orada ümumiyyətlə anlaşılmaz vəziyyət yaranıb”, - deyə Fedorov bildirib.
Hücum edən şəxsin fermer olduğunu vilayət prokurorluğu da təsdiqləyib. Qurumun mətbuat xidmətinin məlumatına görə, münaqişə meriyanın binası yaxınlığında baş verib.
Hilal İsayev Azərbaycanın Lerik rayonunun Livədirqə kəndində anadan olub və Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina Partiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə həmin partiyadan Ali Radanın IX çağırışına namizədliyini irəli sürsə də, seçilə bilməyib.
Azərbaycanpolisi.az
Azərbaycan üzərindən Ermənistana karbamid və un göndərilib
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub-Video
Milli Aviasiya Akademiyasının əməkdaşı faciəvi şəkildə dünyasını dəyişib
Birinci kurs tələbəsi vəfat edib
Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq – Ekspert
Ucarda oğul traktorla anasının üstündən keçib



















































