Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.
Məqalədə silahların alınmasının səbəbi kimi Ermənistanın müharibəyə hazırlaşması da dolayısı ilə vurğulanıb. Bildirilib ki, guya İrəvan “Azərbaycan-Pakistan-Türkiyə ittifaqından artan təhdidlər fonunda” silahlı qüvvələrini gücləndirmək üçün təxminən 2 milyard dollar dəyərində silah tədarükü müqavilələri imzalayıb.
“Bu addım Ermənistanın Ukraynadakı uzunmüddətli münaqişə səbəbindən Rusiyadan hərbi dəstəyin azalmasından sonra yeni təhlükəsizlik tərəfdaşları axtarmağa məcbur olması ilə əlaqədardır.
Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan silahlı qüvvələrinin üç nəfərlik nümayəndə heyəti bu yaxınlarda Maharaştra ştatının Naşik şəhərindəki artilleriya məktəbini ziyarət edib. Ermənistan hərbçiləri Hindistanın təlim metodları haqqında məlumat əldə edib və canlı artilleriya atəşlərini müşahidə ediblər”, - məqalədə vurğulanıb.
Bundan əlavə, ötən ay Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Yeni Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Müdafiə Qərargahı rəisi general Anil Çauhan və Ordu Qərargahı rəisi general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar apardığı xatırladılır.
Qeyd edək ki, Hindistan 2020-ci ilin 44 günlük müharibədən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib.
Azərbaycanpolisi.az
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub-Video
Milli Aviasiya Akademiyasının əməkdaşı faciəvi şəkildə dünyasını dəyişib
Birinci kurs tələbəsi vəfat edib
Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq – Ekspert
Ucarda oğul traktorla anasının üstündən keçib
Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü



















































