Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
Teleqraf komitəyə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki "gübrə" yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd "Boston" markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub-Video
Milli Aviasiya Akademiyasının əməkdaşı faciəvi şəkildə dünyasını dəyişib
Birinci kurs tələbəsi vəfat edib
Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq – Ekspert
Ucarda oğul traktorla anasının üstündən keçib
Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü























































