Fransanın paytaxtı Parisdə mühafizə olunan dayanacaqdan bahalı avtomobillərin kütləvi şəkildə oğurlanmasında əli olan cinayətkar qrupun bir neçə üzvü saxlanılıb.
" Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Paris Prokurorluğundakı mənbə nəşrə bildirib ki, oğurlanmış 27 avtomobildən 21-ni artıq tapmaq mümkün olub. Onların arasında ümumi dəyəri təxminən 2 milyon avro qiymətləndirilən "Porsche", "Ferrari" və "Maserati" markalı maşınlar var.
Qeyd edilir ki, tapılan avtomobillərin bir hissəsi zədələnib və ya qismən yandırılıb. Eyni zamanda, cinayətkarlar maşınları ölkənin müxtəlif regionlarına çıxarmağa macal tapıblar. Onların əksəriyyəti paytaxt regionunda aşkar edilib, lakin bəziləri Nant və Lion ərazilərində tapılıb.
İstintaqın məlumatına görə, mayın 16-dan 17-nə keçən gecə Parisin XV dairəsində həyata keçirilən kütləvi avtomobil qaçırılmasında 50-yə yaxın şəxs iştirak etmiş ola bilər. Bu nəticəyə müşahidə kameralarındakı qeydlərin təhlili əsasında gəlinib. Bildirilir ki, cinayətkarlar giriş qapısını sındıraraq dayanacağa daxil olublar, bundan sonra isə avtomobillərin açarlarını və sənədlərini oğurlayıblar.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































