Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Azərbaycanda orta aylıq əmək haqqı məbləği 1151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə orta aylıq nominal maaş əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb. Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, orta aylıq əmək haqqı məbləğində diqqəti çəkən məqamlardan biri sektorlar üzrə fərqdir:

"Belə ki, ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların orta aylıq əmək haqqı məbləği 4581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə orta aylıq əmək haqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda orta aylıq maaş 2814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək maaş alanlardrır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə orta aylıq maaş məbləği ilə müqayisədə daha çox əmək haqqı təklif edilir.

İqtisadiyyatın 10 sektorunda çalışanların orta aylıq maaşı isə ölkə üzrə göstəricidən aşağıdır. Ən aşağı orta aylıq maaş kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların orta aylıq maaşları da aqrar sektorda çalışanların maaşına yaxındır: 768 manat. Orta aylıq maaş təhsildə 824, elm sənayesində isə 1048 manatdır.

Orta aylıq maaş göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımından vacibdir. Xüsusən də yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır".

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.21

2026.05.20

2026.05.19

2026.05.18

2026.05.17

2026.05.16

2026.05.15

2026.05.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az