Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.
Azəbaycanpolisi.az Report"-a istinadən xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən, fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkar edilib.
Belə ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi müəyyən olunub.
Həmçinin maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin-parça qolların, eləcə də digər avadanlıqların dövri yoxlanılmadığı məlum olub.
Bundan başqa, maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də aşkarlanıb.
Aşkar olunmuş nöqsanların aradan qaldırılmasının mümkün olmadığı və onların insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq Agentliyin əməkdaşları tərəfindən məntəqənin istismarı dayandırılıb.
Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















