Ötən gün ölkəyə giriş üçün əvvəlcədən viza almağı unutması səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanından İrana deport olunan güneyli yazar Əli Çağla ilə bağlı məsələ həll olunub.
Kult.az xəbər verir ki, bu barədə Əli Çağla özü məlumat yayıb.
O bildirib ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə müraciət edib, nəticədə deportasiya ilə bağlı problem həll olunub.
“Artıq vizanı alıb, Azərbaycana səfər edə bilərəm”, - o yazıb.
Qeyd edək ki, Əli Çağla 22-26 may tarixlərində keçiriləcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidir və iştirak üçün ötən gün Bakıya gəlmişdi. Ancaq yeni qaydalara görə, artıq hava limanında viza almaq imkanı yoxdur, viza bir neçə gün öncədən onlayn müraciətlə alınmalıdır. Bu səbəbdən Əli Çağla İrana deport olunmuşdu.
Deport olunan şəxsin ölkəyə girişi bəlli müddət üçün qadağan edilir. Buna görə də Əli Çağla Azərbaycan səfirliyindən yardım istəmişdi.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















