İran hakimiyyəti milli komandanın və Almaniyanın "Bavariya" klubunun sabiq yarımmüdafiəçisi Əli Kərimiyə məxsus 6 daşınmaz əmlakı dövlət xeyrinə müsadirə edib.
Qaynarinfo xəbər verir ki, məhkəmə qərarı əsasında Əli Kərimiyə məxsus 2 kommersiya obyekti və 4 yaşayış evi dövlət mülkiyyətinə keçirilib. Məlumat İranın "Mizan" xəbər agentliyi tərəfindən də təsdiqlənib.
Bildirilir ki, Əli Kərimi uzun müddətdir İrandan kənarda yaşayır və ölkə rəhbərliyini açıq şəkildə tənqid edən şəxslər sırasında yer alır. O, sosial şəbəkələrdə hökumət əleyhinə etirazlara dəstək verib, həmçinin 1979-cu il İslam İnqilabından əvvəlki monarxiya dövrünə simpatiya göstərən açıqlamalarla gündəmə gəlib.
İran hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, milli təhlükəsizlik üçün təhdid hesab edilən şəxslərin əmlakları daxili etirazlar və beynəlxalq gərginlik fonunda müsadirə edilə bilər.
Qeyd edək ki, Əli Kərimi əslən Cənubi Azərbaycandandır və futbolçu karyerası ərzində İranın "Persepolis”, BƏƏ-nin "Əl-Əhli”, Almaniyanın "Bayern" və Qətər klublarında çıxış edib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















