18 aprel səhəri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hörmüz boğazındakı vəziyyət və İranla danışıqlarla bağlı görüş keçirib. Axios bu barədə iki ABŞ rəsmisinə istinadən məlumat verib. Onlar bildiriblər ki, danışıqlarda "tezliklə irəliləyiş olmadığı təqdirdə" ABŞ İrana qarşı əməliyyatları bərpa edəcək.
Axios mənbəyinin məlumatına görə, görüşdə ABŞ-ın vitse-prezidenti J.D. Vance, dövlət katibi Marko Rubio, Pentaqon katibi Pete Hegseth, maliyyə naziri Scott Bessent, Ağ Evin aparat rəhbəri Susie Wiles, prezidentin xüsusi nümayəndəsi Stiv Witkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Kaine iştirak ediblər.
İran və ABŞ arasında iki həftəlik atəşkəs 21 apreldə başa çatır. Yeni danışıqlar üçün tarix təyin edilməyib. Donald Tramp bildirib ki, ABŞ hələ də İranla danışıqlar aparır və məsələ ilə bağlı tezliklə yeniləmə vəd edib. İran ABŞ-ın "həddindən artıq tələbləri" səbəbindən danışıqları davam etdirmək istəmədiyini bildirib.
Əziz Mustafa
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















