Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.
Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.
Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.
Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü








.jpg)














































