Ermənistan Silahlı Qüvvələri 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
Azerbaycanpolisi.az “Modern.az”-a istinadla xəbər verir ki, proses Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri istiqamətində baş tutub.
Ermənistan tərəfi bir sıra irəli mövqeləri və ən azı 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
Bu addımın 2024-cü ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunmuş razılaşmalar zamanı baş tutduğu məlumdur.
Ümumiyyətlə qeyd olunmalıdır ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana dinc yolla qaytarılması ilk növbədə, Azərbaycanın Vətən müharibəsi zamanı qazandığı tarixi Qələbənin nəticəsidir.
Məhz 44 günlük müharibədə əldə edilən hərbi-siyasi üstünlük Azərbaycanın dövlət sərhədlərinin hüquqi əsaslarla bərpası və delimitasiya-demarkasiya prosesinin başlaması üçün real zəmin yaratdı. Bu baxımdan Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunan nəticələr 2020-ci ildə qazanılmış Qələbənin strateji davamı kimi qiymətləndirilməlidir.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü








.jpg)














































