Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir.
Hazırda Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasında və digər dövlət qurumlarında məsələyə baxılır.
Buna səbəb həmin sözlərin keçmişdə bəzi şəxslərin daşıdığı titulu ifadə etməsidir.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru, Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli "Yeni Sabah"a açıqlamasında məlumatı təsdiqləyib.
O deyib ki, bundan sonra "şah", "bəy" və "xan" sözləri yalnız adlara bitişik yazıldığı halda istifadəsi mümkün olacaq:
“Şah", "xan" və "bəy" sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər. Bizdə "Xan" tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin "xan" deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, "Nadir bəy Məmmədli". Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















