Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən edilməmiş hissəsindən - yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.
"Teleqraf" xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.
Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin ərazidə yerüstü piyada keçidi olduğu halda, həyatını itirən şəxslər yolu təhlükəli şəkildə keçməyə çalışıblar və nəticədə istəmədiyi halda faciə baş verib.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, hadisə vaxtı həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşərək yolu keçməyə qərar veriblər:
"Həyat yoldaşıma yerüstü keçiddən istifadə etməyin lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, yolu tez bir zamanda qaçaraq keçə biləcəklərini dedi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağında idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni VAZ-2107 markalı avtomobil vurdu. Nəticədə oğlumla birlikdə asfalt örtüyünün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayaraq onları xəstəxanaya aparsa da, hər ikisinin həyatını xilas etmək mümkün olmadı".
Ülviyyə Əliyevanın həyat yoldaşı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, N.Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















