Son günlər sosial şəbəkələrdə Tailandda hər kəsin hərbi xidmət keçməsinin məcburi olması ilə bağlı görüntülər yayılıb. İddialara görə, bu ölkədə hətta cinsi azlıqlar da hərbi xidmətə cəlb olunurlar.
Qəribə məqam isə odur ki, hərbi xidmətə gedib-getməmək püşkatma yolu ilə müəyyən edilir. Belə ki, çəkilən kartın rəngindən asılı olaraq şəxs ya hərbi xidmətə çağırılır, ya da azad olunur. Əgər kartın rəngi qırmızıdırsa, hərbi xidmətdən azad olunurlar, qaradırsa, hərbi xidməti yerinə yetirmək məcburiyyətində qalırlar.
Sosial şəbəkənin Azərbaycan seqmentində bu qaydanın Ordumuzda da tətbiq olunmasının mümkünlüyü haqda fikirlər yazılıb.
Azerbaycanpolisi.az “Globalinfo.az”-a istinadla xəbər verir ki, sayta danışan hərbi ekspert Rövşən Məhərrəmov deyib ki, Azərbaycanda cinsi azlıq nümayəndələrinin hərbi xidmətə aparılması və hərbi xidmətdə iştirakın hansısa kartla seçilməsi mümkün deyil:
“Əvvəla, islam ənənələrinin olduğu cəmiyyətdə yaşadığımız nəzərə alınmalıdır. Müsəlman dövlətlərində belə qaydalar mümkün deyil. Ümumiyyətlə, Azərbaycanda hərbi qulluqçular və hərbi xidmətə çağırılan şəxslər müxtəlif tibbi və psixoloji komissiyalardan keçirlər. Bu komissiyalar xidmətə yararlılıq məsələsini müəyyən edir və uyğun olmayan hallarda həmin şəxslər dərhal xidmətdən azad olunurlar”.
R.Məhərrəmov bildirib ki, Azərbaycanda cinsi azlıq nümayəndələrinin hərbi xidmətə aparılması qeyri-mümkündür:
“Lakin istisna halların olması da inkar edilə bilməz. Praktikada bəzən olub ki, elə kəslər həkimlərin diqqətindən yayınıb, amma sonradan, xidmət dövründə bu kimi hallar komandirlər tərəfindən aşkar olunub. Təbii olaraq da onlar dərhal ordudan tərxis olunublar”.
Azerbaycanpolisi.az
Bakıda müharibə iştirakçısının meyiti tapıldı
Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi
Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır
Azərbaycan müavinətlərə və bonuslara limitlər müəyyən edəcək
Xaçmazda epilepsiya xəstəsi olan kişi kanalda boğuldu
Bakıda iki azyaşlının törətdiyi dəhşətlə bağlı RƏSMİ AÇIQLAMA
Rusiyada məktəbli müəlliməni öldürüb
Nigeriyada silahlı hücum: 17 nəfər öldürüldü













































