Azərbaycan Mərkəzi Bankı tərəfindən ABŞ dollarının bugünə olan məzənnəsi 1 manat 70 qəpik olsa da, bir sıra valyutadəyişmə məntəqələrində dollar daha ucuz satılır.
Milli.az xəbər verir ki, aparılan araşdırmalara əsasən, bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz vlayuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb.
"A Zuhur" MMC-yə məxsus valyutadəyişmə mətnəqəsində dolların satış qiyməti 1.6975 olaraq göstərilib. "Delta Capital" MMC dolları 1.6974 manata, "Eliko" MMC 1.6980 manata, "Meta Kapital" MMC 1.6990 manata satır. Mütəxəssilərin rəyinə görə, bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır.
Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















