Myanma hərbi xuntasının rəhbəri, 2021-ci ildən faktiki olaraq ölkəni idarə edən Min Aun Hlayn prezident seçilib. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu qərar cümə günü, aprelin 3-də Myanma parlamenti tərəfindən qəbul edilib.
Bir neçə gün əvvəl 69 yaşlı hərbi xunta lideri prezidentliyə namizəd olmaq imkanı əldə etmək üçün Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən istefa vermişdi. Tənqidçilər bu seçkiləri Min Aun Hlaynın demokratik legitimlik görüntüsü yaratmaq cəhdi kimi qiymətləndirirlər.
Yanvar ayında vətəndaş müharibəsi ilə parçalanmış Myanmada hərbi xunta tərəfindən təşkil edilən parlament seçkiləri başa çatıb. Rəsmi məlumatlara görə, bu seçkilərdə hərbiyönlü Birlik Həmrəylik və İnkişaf Partiyası qalib gəlib. Müşahidəçilər bu seçkiləri ölkədə çevrilişçilərin hakimiyyətini qanuniləşdirmək məqsədi daşıyan "fiksiya" adlandırıblar.
Myanmada 2021-ci ilin fevralında hərbi çevriliş baş verib. Ölkə liderləri, o cümlədən dövlət müşaviri Aun San Su Çji və prezident Vin Myin həbs edilib. Hakimiyyət Silahlı Qüvvələrin ali baş komandanı Min Aun Hlayn və hərbi strukturlara keçib.
Generallar çevrilişi 2020-ci il seçkilərində iddia edilən pozuntularla əsaslandırıblar. Həmin seçkilərdə Nobel Sülh Mükafatı laureatı Aun San Su Çjinin "Demokratiya Uğrunda Milli Liqa" partiyası böyük üstünlüklə qalib gəlmişdi. Hərbçilər bu pozuntulara dair heç bir sübut təqdim etməyiblər. Aun San Su Çji bir sıra ittihamlarla təqsirli bilinərək həbs edilib. 2024-cü ilin aprelində o, ev dustaqlığına köçürülüb.
2025-ci ilin iyulunda fövqəladə vəziyyət rejiminin başa çatdığı rəsmi olaraq elan edilsə də, faktiki olaraq ölkədə hakimiyyət hələ də hərbçilərin nəzarətindədir.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















