Sony şirkəti "qlobal iqtisadiyyatdakı gərgin vəziyyət" səbəbindən aprelin 2-dən etibarən PlayStation 5 oyun konsollarının qiymətlərini artıracağını elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə “blog.playstation.com” məlumat yayıb.
ABŞ-da disksürənli PS5-in qiyməti 550 dollardan 650 dollara yüksələcək. PS5 Digital Edition-ın qiyməti də 100 dollar artaraq 600 dollara çatacaq.
Sony konsolunun ən güclü versiyası olan PS5 Pro-nun qiyməti 150 dollar artaraq 850 dollara çatacaq.
Həmçinin, PlayStation Portal Remote Player-in (PS5-dən oyunları yayımlamaq üçün cihaz) qiyməti 200 dollardan 250 dollara yüksələcək.
Sony martın 27-də bloq yazısında "Qiymət dəyişikliklərinin icmamıza təsir etdiyini başa düşürük və diqqətlə qiymətləndirdikdən sonra, bu, oyunçulara dünya miqyasında innovativ və yüksək keyfiyyətli oyun təcrübələri təqdim etməyə davam etmək üçün zəruri bir addımdır" dedi.
PlayStation 5 noyabr 2020-ci ildə, PlayStation 5 Pro isə noyabr 2024-cü ildə təqdim olunub. 2025-ci ilin sonuna qədər Sony şirkəti 92,2 milyon PS5 konsolu satıb. PlayStation Network-ün aylıq aktiv istifadəçilərinin sayı 2025-ci ilin sentyabr ayının sonuna qədər 132 milyon nəfərə çatıb.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü








.jpg)














































