Paşinyan hər iki Qarabağ müharibəsi veteranlarının mükafatlarını əlindən almağı planlaşdırır.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu barədə türkiyəli jurnalistlər məlumat yayıb.
Məlumata görə, Ermənistan hakimiyyəti Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən veteranlara verilən bütün dövlət orden və medallarını geri götürməyi planlaşdırır.
Bu qərar veteranlardan döyüşlərdə göstərdikləri xidmətlərə görə verilmiş bütün mükafatların tamamilə alınmasını, həmçinin sosial güzəştlər və ödənişlərin mərhələli şəkildə ləğv edilməsini nəzərdə tutur. Belə ki, 2027-ci ilin yanvarına qədər bütün xüsusi üstünlüklər dayandırılacaq.
Paşinyan son illərdəki siyasi kursunun bir hissəsi olaraq tarixi narrativdən uzaqlaşıb. O, parlamentdə çıxışında “Qarabağ hərəkatını” bitirməyin vacibliyini qeyd edib və bunu Azərbaycanla sülhə aparan əsas addım kimi qiymətləndirib.
Paşinyanın fikrincə, hərəkatın davam etməsi Ermənistanın mövcudluğu üçün risk yaradır. Yeni siyasət orduda və veteranlar arasında narazılıq doğurub. Qısa zaman əvvəl Paşinyan İrəvan metrosunda Qarabağdan olan bir qadınla mübahisəyə qarışmış və mövzuya emosional reaksiya verdiyini etiraf etmişdi.
Erməni KİV bildirir ki, mükafatların geri alınması və güzəştlərin ləğvi veteranlar arasında ciddi narazılığa səbəb olacaq və cəmiyyətdə parçalanmanı artıracaq.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















