“Xaliq Faiqoğlu” şirkətinə məxsus bəzi avtobuslarda qapı hissəsində quraşdırılan texniki cihaz sosial şəbəkələrdə və sərnişinlər arasında maraq doğurub. Cihazın kamera, yoxsa sərnişin sayğacı olması ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sözügedən cihaz kamera deyil.
“Bu cihaz adi fənərdir. Gecə vaxtı qapılar açılan zaman sərnişinlərin rahat düşüb-minməsi üçün quraşdırılıb. Kamera funksiyası yoxdur.
Ön qapıda bəzi avtobuslarda sərnişin sayan ayrıca cihaz planlaşdırılmışdı, amma hazırda tətbiq edilmir. Ümumilikdə isə böyük tutumlu avtobuslarda salon daxilində 6 ədəd kamera olur”, - o qeyd edib.
Şirkət rəsmisi əlavə edib ki, sərnişin sayğaclarının tətbiqi ilə bağlı gələcəkdə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















