Məşhur rusiyalı bloger Lerçekdə (əsl adı Valeriya Çekalinadır) dördüncü mərhələdə mədə xərçəngi aşkarlanıb. Xərçəngin bu mərhələsi sağalmaz hesab olunur.
Oxu.az xəbər verir ki, bu barədə Çekalinanın rəfiqəsi Alina Akilova özünün Teleqram kanalında məlumat yayıb.
"Lerçeklə bağlı... Düzünü desəm, artıq üç gündür ağlayıram. Bütün bunlar - bizim balaca, kövrək qızımızın başına gələn hər şey əsl həqiqətdir. Metastaz vermiş dördüncü mərhələdə xərçəng", - deyə Akilova bildirib.
Həmçinin Akilova qeyd edib ki, Lerçekin analizlər verməsi üçün evdən çıxmasına icazə verilmirdi və bu səbəbdən də xeyli vaxt itirilib.
Bildirilir ki, dördüncü mərhələdə mədə xərçənginin tam müalicəsi ehtimalı çox azdır, çünki artıq ayrı-ayrı metastazlar mövcuddur. Müasir müalicə (kimyaterapiya, target preparatlar) əsasən xəstəliyin qarşısını almağa, şişi kiçiltməyə, ömrü uzatmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlib.
Xatırladaq ki, Valeriya Çekalina 250 milyon rubldan (5.37 milyon manat) çox vəsaitin BƏƏ-yə çıxarılmasında, 500 milyon rubl (10.74 milyon manat) vəsaiti vergidən gözlətməkdə, çirkli pulların yuyulmasında və s. ittiham olunurdu. Hazırda ev dustaqlığında olan bloger argentinalı rəqqas Luis Skviççiarinidən bir oğlan uşağı dünyaya gətirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















