Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642
Salyanda qəzada ölən şəxs narkotik daşıyırmış...

Salyanda qəzada ölən şəxs narkotik daşıyırmış...

Salyanda qəzada ölən şəxs narkotik daşıyırmış...

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KİA markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Namaz Qurban oğlu Babayev hadisə yerində ölüb, 2007-ci il təvəllüdlü Nahid Sadiq oğlu Orucsoy müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxs ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda yol qəzasında ölən şəxsin narkotik daşıdığı müəyyən olunub.

Bu barədə DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, martın 11-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi “Kia Forte” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb. Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib.

N.Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.03.11

2026.03.10

2026.03.09

2026.03.08

2026.03.07

2026.03.06

2026.03.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2026 © Azerbaycanpolisi.az