"Azərbaycan Hava Yolları" (AZAL) QSC martın 9-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə birbaşa aviareysləri bərpa edir.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə "Report"a aviaşirkətdən məlumat verilib.
Cədvələ əsasən, bu gün Bakıdan saat 18:00, 19:00, 20:00 və 21:00-da dörd reys planlaşdırılıb. Naxçıvandan geri uçuşlar isə saat 20:00, 21:00, 22:00 və 23:00-da nəzərdə tutulub.
Martın 10-dan etibarən bu istiqamətdə uçuşlar adi cədvəl üzrə adi rejimdə həyata keçiriləcək.
Qeyd edək ki, bu marşrut üzrə uçuşlar martın 5-də İrandan Naxçıvan Muxtar Respublikasına edilən dron hücumundan sonra dayandırılmışdı.
Bununla əlaqədar olaraq, AZAL martın 5-dən etibarən Bakıdan Naxçıvana və əks istiqamətdə Türkiyənin İğdır şəhəri vasitəsilə sərnişin daşımalarına başlayıb. İğdır hava limanından Naxçıvana və əks istiqamətdə sərnişinləri xüsusi avtobuslar aparıb.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















