Bu gün İran silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatı (PUA) zərbəsi endirdiyi xəbərləri yayılıb. Sosial şəbəkələrdə və bölgə mənbələrində yayılan görüntülərdə hava limanı yaxınlığında partlayışlar və struktur zədələnmələr müşahidə olunur.
Azerbaycanpolisi.az “Bakupost.az”a istinadla xəbər verir ki, ilk məlumatlara görə, İran raketləri xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanını hədəfə alıb. Hələlik hadisə ilə bağlı həm Azərbaycan, həm də İran rəsmi qurumları tərəfindən rəsmi açıqlama verilməyib. Sosial media və yerli xəbər agentlikləri hadisənin təsdiqi üçün əlavə məlumatların gəldiyini bildirir.
İran ərazisindən uçan PUA aeroportun binasına və Babək rayonunun Şəkəkabad kənd orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.
Bölgədə beynəlxalq narahatlıq artıb. İranın bu hərəkəti, Yaxın Şərqdə və qonşu regionlarda davam edən müharibənin təsir dairəsini genişləndirir. Hazırda hadisə ilə bağlı rəsmi monitorinqlər aparılır və beynəlxalq liderlər vəziyyəti yaxından izləyir.
Azerbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































