Gürcüstanda "Əmək miqrasiyası haqqında" Qanuna edilən dəyişikliklər martın 1-dən qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, bu dəyişikliklərə əsasən, Gürcüstanda əcnəbilərin işə qəbulu/özünüməşğulluğu yalnız müvafiq qaydalara uyğun olaraq həyata keçiriləcək.
Gürcüatanın İşğal Olunmuş Ərazilərdən Gəlmiş Qaçqınlar üzrə Nazirliyinin məlumatına görə, xarici vətəndaş qanuni şəkildə işləməsi və ya əmək/sahibkarlıq fəaliyyəti ilə məşğul olması, o cümlədən uzaqdan işləməsi üçün "iş icazəsi" almalıdır.Agentliyin məlumatına görə, əcnəbilər üçün iş icazələri Dövlət Məşğulluq Agentliyi tərəfindən verilir.
İş icazəsi üçün müraciət prosesi tamamilə elektronlaşdırılıb. Xidmət alanlar tələb olunan sənədləri portalına yükləməlidirlər .
İş icazəsi müəyyən bir vəzifə və işəgötürən üçün bir ilə qədər müddətə verilir.
Məlumatda deyilir ki, əgər xarici vətəndaş əmək miqrasiyası qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl etməzsə, bu, həm işçi, həm də işəgötürən üçün cərimələrə, o cümlədən əcnəbilər üçün maliyyə cərimələrinə səbəb olacaq.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















