Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan ailələrinin yaşadığı mənzillərə gecə basqınları keçiriblər.
Azerbaycanpolisi.az “Qafqazinfo”-ya istinadla məlumatına görə, aktrisa Ruhiyyə Yusifova hadisə barədə məlumat verib. O bildirib ki, hərbi geyimli bir qrup şəxs əmisi Mərdan Əsgərovun evinə basqın edib.
"Əmimin oğlu heç bir səbəb olmadan döyülüb və elektroşokerdən istifadə ediblər. Anasını, hamilə arvadını, iki uşağını və əmimin özünü aparıblar. Evi talayıblar, hər şeyi dağıdıblar. Sonra əmimin böyük oğlunun evinə basqın edib qadını və uşaqları döyüblər", - deyə R. Yusifova bildirib.
O bildirib ki, polis bölməsinə aparılan qohumların mobil telefonları müsadirə edilib. Saxlanılanların əksəriyyəti sonradan sərbəst buraxılıb, lakin Mərdan Əsgərov hələ də polis nəzarətindədir.
Hadisə ilə əlaqədar olaraq, qohumları Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndəriblər.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















