Dubaydan qaçaqmal qızıl gətirən biznesmen Bakı hava limanında saxlanılıb.
Lent.az xəbər verir ki, 56 yaşlı Yevlax rayon sakini Füzuli Əzimov (ad və soyad şərtidir) Birləşmiş Ərəb Əmirliyindən gətirdiyi külli miqdarda qızılı gizli yolla Azərbaycana keçirməyə cəhd edib.
İttiham aktına görə, gətirilən qızılın ümumi dəyəri 142 min 212 manat təşkil edib. Həmin 10 ədəd qızılın ümumi çəkisi də 711 qramdan artıq olub. Məlumata görə, Füzuli gətirdiyi qızılları aşkar olunmamaqdan ötrü yapışqan lentlə kvadrat formasında bağlayıb və kiçik ölçülü sellofan bükümlərdə saxlayaraq cibində gizlədib. Lakin metal detektoru qızıl külçələri aşkar edib və şəxs yoxlanışdan yayınmaq cəhdlərinə baxmayaraq "Özün et” masasının arxasında əyləşib. Cibindəki qızıl bağlamaları cibindən çıxararaq masanın arxasında gizlədib. Gömrük əməkdaşları həmin qaçaqmal qızılları aşkar edərək götürüblər.
Faktla bağlı F. Əzimov barəsində cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, gizli gətirilən qızılların gömrük ödənişləri cəmi 18 min 285 manat təşkil edir.
Məhkəmənin qərarı ilə F. Əzimov gizli keçirmək istədiyi qızılların ümumi dəyərinin 40 faizi, yəni 56 min 884 manat 80 qəpik miqdarında cərimələnib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































