Bakıda "Şamaxinka" adlanan ərazidə yol hərəkətinin təşkilində dəyişikliklərin tətbiqinə başlanılıb.
Azerbaycanpolisi.az “Bakupost.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Diqqətə çatdırılıb ki, indiyədək 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Bu yolun paralel hissəsində əks istiqamətdə hərəkət etmək mümkündür.
Qeyd edilib ki, bununla həmin küçənin buraxıcılıq qabiliyyəti artırılıb. Ərazidə işlər davam edir.
"Şamaxinka" adlanan yol sahəsi həmçinin artıq svetoforla tənzimlənir.
Bu barədə isə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qurumdan bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































