Yağ istehsalı və idxalı ilə məşğul olan “Alda” MMC-də yoxlama aparılıb.
Bu barədə “Yeni Sabah”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları, eləcə də palma yağı tərkibli qarışıq bitki yağları üzrə nəzarət tədbirləri davam etdirilir.
Növbəti nəzarət tədbiri “Alda” MMC-nin istehsal müəssisəsində keçirilib. Şirkətin Rusiya Federasiyasından idxal etdiyi “Пищевые Ингредиенты” istehsalçısına məxsus “EFKO” əmtəə nişanlı palma yağında laborator müayinə zamanı kimyəvi emal çirkləndiricisi – 3-monoxlorpropan-1,2-diol aşkarlanıb. Həmin xammalın spred yağlarının istehsalında istifadə olunduğu və hazır məhsul nümunələrində də eyni uyğunsuzluğun müəyyən edildiyi bildirilib.
Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, məhsul partiyalarının satışı və müəssisədə spred yağlarının istehsalı məhdudlaşdırılıb.Qeyd edək ki, xammal yağının istehsal olunduğu müəssisədən ixracın dayandırılması barədə Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunub.




Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































