Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasıının sədri Əhməd Davudoğlu maddi sıxıntılar içində yaşayır.
“Yeni Sabah”ın xəbərinə görə, o, bunu “Now” televiziyasına müsahibəsində deyib.
Ə.Davudoğlu bildirib ki, keçmiş hökumət başçısı kimi xaricdən gələn qonaqları həmin statusa uyğun qarşılamaq məcburiyyəti müəyyən maliyyə yükü yaradır.
O söyləyib ki, həm özü, həm də həyat yoldaşı işləyir. Ə.Davudoğlu əlavə edib ki, beynəlxalq qurumlardan məsləhətçiliklə bağlı ciddi təkliflər alsa da, onları qəbul etməyib:
“Xalqımız bu vəziyyətdəykən mən dolanışıqdan şikayət etmərəm. Mən şirkət məsləhətçisi ola bilmərəm, dövlət ənənəsi bunu tələb edir”, - o vurğulayıb.
Bu açıqlama Ə.Davudoğlunun keçmiş nazirlərin özəl şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərməsinin dövlət nüfuzuna təsiri barədə fikir bildirməsi fonunda səsləndirilib. O, belə halların qəbuledilməz olduğunu və dövlət ənənələrinin qorunmasının vacibliyini vurğulayıb. Əhməd Davudoğlu bildirib ki, bu səbəbdən beynəlxalq qurumlardan gələn məsləhətçilik təkliflərini rədd edib.
Əhməd Davudoğlu 2009–2014-cü illərdə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı, 2014–2016-cı illərdə isə Türkiyənin baş naziri olub. Hazırda o, Gelecek Partisinin sədri kimi fəaliyyət göstərir və ölkədəki siyasi proseslərə dair açıqlamaları ilə tanınır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
































.jpg)

.jpg)



















