Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək.
"Yeni Sabah" xəbər verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək.
Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.
Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır.
Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi (patent) ilə işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan,Ermənistan və Qırğızıstan) vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya “vətəndaşlarından” iş icazəsi almaq tələb olunur.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































