Ukrayna Ali Radasının bütün deputatları parlament yeməkxanasında baş verdiyi iddia edilən kütləvi zəhərlənmə ilə əlaqədar analiz verməlidirlər. Teleqraf xəbər verir ki, bu barədə UNİAN Ukrayna parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, qanunverici orqan deputat sayının yetərsizliyi səbəbindən plenar iclası keçirə bilməyib. O qeyd edib ki, fevralın 24-nə qədər səsvermə prosesi dayandırılıb.
"Buna səbəb deputatların bir hissəsinin yeməkxanada zəhərlənmə şübhəsi ilə iclaslarda iştirak edə bilməməsidir".
Digər millət vəkili Qalina Yançenkonun verdiyi məlumata görə, bir neçə deputatda zəhərlənmə əlamətləri müşahidə olunur:
"Əsas simptomlar yüksək hərarət, ürəkbulanma, qusma və kəskin həzm pozğunluğudur".
Artıq araşdırmalara sanitariya-epidemioloji xidmətin mütəxəssisləri cəlb olunub. Mütəxəssislər laborator tədqiqatlar üçün nümunələr götürməyə və sorğular aparmağa başlayıblar. İlkin versiya olaraq rotavirus və ya digər kəskin bağırsaq infeksiyasının yayıldığı ehtimal edilir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















