Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.
Report-un məlumatına görə, bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
"Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.
Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?
Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir.
Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır", - bəyanatda deyilir.
Azərbaycanpolsi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















