2025-ci ilin dördüncü rübündə ruslar Çinə 745.800 səfər ediblər. Bu, illik müqayisədə təxminən 40% artım və rekord göstəricidir. RİA Novosti statistik məlumatlara istinadən xəbər verib.
Turist səfərlərinin sayı təxminən üçdə bir artaraq 395.600-ə, şəxsi səfərlərin sayı isə 1,8 dəfə artaraq 231.100-ə çatıb. İşgüzar səfərlərin sayı isə illik müqayisədə 4% azalaraq 28.700-ə düşüb. İl ərzində Rusiyadan Çinə səfərlərin sayı 1,9 milyondan 2,47 milyona yüksəlib. Bu, müasir tarixdə ikinci ən yüksək göstərici olub - rekord 2019-cu ildə 2,6 milyon səfər olub.
Çin hakimiyyəti 15 sentyabr 2025-ci ildə ruslar üçün vizasız rejim tətbiq edib. Onlar Çinə yalnız xarici pasportla daxil ola və ölkədə 30 günə qədər qala bilərlər. Bu tədbir 14 sentyabr 2026-cı il tarixinə qədər qüvvədədir. Çindən gələn turistlər üçün vizasız səyahət eyni müddətə qədər tətbiq edilib. Çin Rusiyaya gələn turizmin aparıcı mənbəyidir, lakin keçən il səyahət xərclərinin artması səbəbindən bu ölkədən səyahət aktivliyi azalıb.
Əziz MUSTAFA
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü















.jpg)







































