ABŞ hüquq-mühafizə orqanları tibbi sığorta sahəsində genişmiqyaslı dələduzluq sxemini araşdırır.
”Yeni Sabah” “Azadlıq” Radioasuna istinadla xəbər verir ki, Nyu-Yorkda yaşayan Azərbaycan vətəndaşı olan bank əməkdaşı Renat Abramov səhiyyə dələduzluğu yolu ilə əldə olunan 8 milyon dollardan artıq vəsaitin yuyulmasında iştirakını etiraf edib.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, sxem transmilli mütəşəkkil cinayətkar qrupun xeyrinə ABŞ bankı vasitəsilə həyata keçirilib. Bu iş keçmiş bank əməkdaşının səhiyyə dələduzluğu ilə bağlı mühakimə olunduğu ilk hadisə kimi qeydə alınıb.
36 yaşlı Renat Abramov ABŞ və Azərbaycan vətəndaşıdır. Məhkəmə sənədlərində bildirilir ki, o, Şipşed-Bey rayonunda ABŞ bankının filialında əlaqələr üzrə menecer kimi çalışıb və vəzifə səlahiyyətlərindən istifadə edərək mürəkkəb beynəlxalq sxemə yardım göstərib. Sözügedən sxem “Operation Gold Rush” əməliyyatı çərçivəsində ifşa olunub.
İttihamnaməyə əsasən, cinayətkar şəbəkə bir milyondan çox amerikalının — 50 ştatda yaşayan yaşlı və əlillərin şəxsi məlumatlarını ələ keçirərək “Medicare” sistemi üzrə 10 milyard dollardan artıq saxta müraciət təqdim edib.
Araşdırma zamanı müəyyən edilib ki, qrup üzvləri ABŞ maliyyə sistemindən sui-istifadə edərək bir neçə bankda daxili nəzarət mexanizmlərini aşa biliblər. Abramov özlərini tibbi avadanlıq şirkətlərinin sahibləri kimi təqdim edən şəxslər üçün bank hesabları açıb. Bu şəxslərin bir çoxunun ABŞ-də qanuni statusu olmayıb və saxta korporativ sənədlərdən istifadə ediblər. Açılan hesablar saxta yolla əldə edilmiş sığorta çeklərinin yatırılması üçün istifadə olunub. Çeklər “Medicare” və tanınmış sığorta şirkətləri adından gəldiyi üçün əməliyyatlar legitim təsir bağışlayıb. Daha sonra vəsaitlər ofşor hesablara və kriptovalyutaya köçürülüb.
Renat Abramov pul yuyulması üzrə təqsirini boynuna alıb. ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, bu cinayət üzrə maksimum cəza 20 il həbsdir. Məhkəmənin hökmü 20 aprel tarixində elan olunacaq.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































