Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.
"Report"un məlumatına görə, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"nin Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.
Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar.
SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.
Qeyd edək ki, Rusiya ordusunun kütləvi hava zərbələri nəticələri Ukraynanın enerji infrastrukturu daha da çöküb. Hazırda Kiyevdə havanın temperaturu mənfi 20 dərəcədir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
































.jpg)

.jpg)



















