Veytsman Elm İnstitutunun yeni tədqiqatı göstərir ki, genetik faktorlar insanın ömrünün təyin edilməsində əvvəllər düşünüləndən daha əhəmiyyətli rol oynayır. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Mignews.com" xəbər verir.
Tədqiqatın nəticələrinə görə, ömrün uzunluğundakı fərqlərin təxminən 50%-i məhz genetikadan qaynaqlanır. Bu, son onilliklərdə elmi ictimaiyyətdə üstünlük təşkil edən qiymətləndirmələrdən iki və ya daha çox dəfə yüksəkdir.
Tədqiqat Saqol adına Uzunömürlülük Tədqiqatları Mərkəzində aparılıb. Onun rəhbəri, doktorant Ben Şanxar qeyd edib ki, əldə olunan məlumatlar qocalma elmi üçün yeni perspektivlər açır. "Genetikada, ümid edirik ki, bir gün qocalmaya qarşı mübarizə üçün dərmanlar hazırlamağımıza kömək edəcək sirlər var," - deyə o vurğulayıb.
Alimlər hesab edirlər ki, uzunömürlülüyün genetik mexanizmlərini daha dərindən anlamaq gələcəkdə yaşa bağlı xəstəliklərin profilaktikası və insanın aktiv həyatının uzadılması üçün yeni üsulların yaradılmasına səbəb ola bilər.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



































.jpg)

.jpg)
















